Sumqayıtda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyunun 20-də Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yaşayan Ə.Ağayevə zor tətbiq edib 2000 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kazımov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.