Xəzər Xəbər

Qusara istirahətə gələn dövlət müəssisələrinin əməkdaşları cərimələnib - FOTO

Region | 15:33 • 8 İyul 2020
Qusara istirahətə gələn dövlət müəssisələrinin əməkdaşları cərimələnib -

Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gələn şəxslərə qarşı reydlər davam etdirilir


DİN-in mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.


Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.


Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.

Xəbər lenti