Xəzər Xəbər

İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

Dünya | 15:06 • 8 İyul 2020
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 153 nəfər vəfat edib.


Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 12 084 nəfərə çatıb.


İranda son sutka ərzində koronavirusa 2 691 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 248 379 nəfərə çatıb.


İndiyədək xəstəlikdən 209 463 nəfər sağalıb.


Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 309 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Xəbər lenti