Xəzər Xəbər

Qəbələdə güclü yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib

Region | 14:36 • 8 İyul 2020
 Qəbələdə güclü yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib.


Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.


Əlavə məlumat veriləcək.

Xəbər lenti