Xəzər Xəbər

Ukraynanın 9 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil

Dünya | 14:10 • 7 İyul 2020
Ukraynanın 9 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil

Ukraynanın 9 vilayəti karantin şərtlərinin yumşaldılmasına hazır deyil.


Ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Donetsk, Odessa, Xarkov, Volın, Zakarpatya, İvano-Frankovsk, Çernihiv, Rivne, Ternopol vilayətlərində koronavirusun yayılma göstəriciləri yüksəkdir. Bu bölgələrdə koronavirusun yayılma dinamikası 10 faiz normanı ötür.


Qeyd edək ki, Ukraynada bu günə kimi 49 min 607 nəfər koronavirusa yoluxub, onlardan 1283-ü həyatını itirib.

Xəbər lenti