Xəzər Xəbər

“Saudi Aramco” ABŞ və Asiya bazarları üçün neft qiymətlərini artırıb

İqtisadiyyat | 16:58 • 6 İyul 2020
“Saudi Aramco” ABŞ və Asiya bazarları üçün neft qiymətlərini artırıb

Dünyanın ən dəyərli şirkəti olan Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” ABŞ və Asiya bazarları üçün neft qiymətlərini artırıb.


Şirkət bu addımı koronavirus pandemiyası fonunda azalan enerji tələbatının yenidən bərpa edilməsi fonunda atıb.


"Saudi Aramco” Asiya, ABŞ və Avropanın şimal bölgələri üçün neftin avqust qiymətlərini artırıb.


Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti "ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini "Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Xəbər lenti