Xəzər Xəbər

Lənkəran sakininin evindən 3 kq-dan çox narkotik çıxdı VİDEO

Veb TV | 19:55 • 4 İyul 2020
Lənkəran sakininin evindən 3 kq-dan çox narkotik çıxdı

Lənkəranda saxlanan şübhəli şəxsdən narkotik aşkarlanıb. Onun evindən isə 2 kq-dan çox heroin tapılıb. Cəlilabadda da 3 kiloqramdan artıq müxəlif növ güclü təsiredici narkotik vasitələr və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran sakini saxlanıb. Bununla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat keçiriblər. Nəticədə şəhər sakini Arzuman Məmmədov tutulub. Onun evindən 2,4 kiloqram heroin, 745 qram metamfetamin və 13 qrama yaxın metadon həbləri aşkarlanaraq götürülüb.

Cəlilabad polisi də narkotikə qarşı əməliyyat keçirib. Rayonun Qarazəncir kəndi ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən avtomobilin sürücüsü, Bakı şəhər sakini Samir Əliyev və sərnişinləri - Yevlax rayon sakinləri Rövşən Quluoğlu, Novruz Novruzov və Ağdaş rayon sakini Orxan Mehdizadə saxlanıblar. Avtomobilə keçirilən baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 462 qram tiryək və 985 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb

Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti