Xəzər Xəbər

Səudiyyə Ərəbistanına ŞOK TƏHDİD: krallıq və hərbi mövqeləri vurulacaq

Dünya | 14:00 • 3 İyul 2020
Səudiyyə Ərəbistanına ŞOK TƏHDİD:

Yəmənin Husi təşkilatı Səudiyyə Ərəbistanının dövlət qurumları və hərbi mövqelərini hədəf almaqla təhdid edib.


Bu barədə Husilərin hərbi sözçüsü Yəhya Seri "Səba” informasiya agentliyinə danışıb.


O, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin xüsusi keyfiyyətdə əməliyyatlar təşkil edəcəyini elan etməsinə cavab olaraq belə bir açıqlama verib.


"Yəmənə və 5 il boyunca dinc sakinləri pərişan edilən Yəmən xalqına düşmənlik edənlərə qarşı mizraq başı olan qüvvələrimiz Səudiyyə Ərəbistanının daxilindəki hərbi mövqelərə və krallığa aid qurumları hədəf almağa davam edəcək”, - o deyib./Publika.az

Xəbər lenti