Xəzər Xəbər

İpoteka və Kredit Zəmanət Fondu 200-dən çox mənzili satmaq öhdəliyi ilə kirayəyə verib

İqtisadiyyat | 17:19 • 2 İyul 2020
İpoteka və Kredit Zəmanət Fondu 200-dən çox mənzili satmaq öhdəliyi ilə kirayəyə verib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir.


Fonddan xezerxeber.az-a bildirilib ki, ötən dövr ərzində İpoteka və Kredit Zəmanət Fondunun razılıq barədə qərarını əldə edən 299 vətəndaş mənzil seçimini edib və onlardan 213-ü ilə satmaq öhdəliyi barədə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb. Təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 437 mənzil var. İKZF tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilərək kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə "1549” Çağrı mərkəzinə zəng etməklə, həmçinin "Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadə ilə bağlı məlumatı sistemdə yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.


Eyni zamanda, vətəndaşlar fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla İKZF-in saytında tanış ola bilərlər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti