Xəzər Xəbər

Reabilitasiya mərkəzinə DƏHŞƏTLİ HÜCUM Xeyli sayda ölü və yaralı var

Dünya | 10:53 • 2 İyul 2020
Reabilitasiya mərkəzinə DƏHŞƏTLİ HÜCUM

Meksikada narkotik asılılığı olanlar üçün nəzərdə tutulmuş qeyri-qanuni reabilitasiya mərkəzinə dəhşətli hücum edilib. 


Silahlı hücum nəticəsində 24 nəfər ölüb, 7 nəfər yaralanıb.


Məlumata görə, "Həyatımı geri qaytarıram” adlanan müəssisə qeyri-qanuni fəaliyyət göstərib.


Yerli KİV-in məlumatına görə, Meksikanın mərkəzindəki İrapuato şəhərində baş vermiş silahlı hücum üç yük maşını ilə gələn qrup üzvləri tərəfindən törədilib. Hadisə yerinə polis qüvvələri, ordu və milli qvardiyaçılar cəlb edilib.

Xəbər lenti