Xəzər Xəbər

Türkiyədən Yunanıstanın “müharibə” təhdidinə cavab

Dünya | 17:20 • 6 İyun 2020
Türkiyədən Yunanıstanın “müharibə” təhdidinə cavab
Türkiyə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulosun "Türkiyə ilə müharibəyə hazırıq” açıqlamasına reaksiya verib.

Türkiyənin Müdafiə naziri Hulusi Akar ordunun bütün vəzifələrə hazır olduğunu bildirib.

"Bunu demək məcburiyyətindəyəm. Bu, kimisə təhdid etmək, yaxud kiməsə qarşı təxribat deyil. Lazım olarsa, Silahlı Qüvvələrimiz veriləcək hər cür vəzifəni yerinə yetirə biləcək gücdədir. Türkiyə dövlətini qorumaqda son dərəcə əzmliyik”, - Akar bildirib.

Qeyd edək ki, Türkiyənin "Rəsmi qəzeti”nin Yunanıstan adaları yaxınlığında dövlətin türk neft şirkəti tərəfindən karbohidrogen ehtiyatlarını öyrənmək və istehsal etmək lisenziyası üçün müraciətləri dərc etməsi Yunanıstanda narazılığa səbəb olub. Bundan sonra Yunanıstanın müdafiə naziri Türkiyə ilə müharibəyə hazır olduqları açıqlamasını verib./publika.az

Xəbər lenti