Xəzər Xəbər

Qarşılıqsız sevən 22 yaşlı aşiq bıçağa əl atdı VİDEO

Veb TV | 12:13 • 6 İyun 2020
Qarşılıqsız sevən 22 yaşlı aşiq bıçağa əl atdı

22 yaşlı aşiq sevgisinəqarşılıq görmədiyi qadını bıçaqlayaraq öldürüb.

"Hürriyət”in məlumatına görə, dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb.

İddiaya görə Muhərrəm E. dövlət xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərən qonşusu Ayşəgül Aktürkü sevib. Ancaq ərindən ayrılan və iki uşaq anası olan qadın ona qarşılıq verməyib.

Hadisə günü qadın işə getmək üçün evindən çıxıb. Muharrem E. onun qarşısını kəsib. Onlar dalaşıblar. Münaqişə zamanı gənc cibindən bıçaq çıxararaq qadına vurub. A.Aktürk qaniçində yerə yıxılıb. Səs-küyə çölə çıxan oğlanınbacısı Məryəm və qardaşı Murad hadisəyə müdaxilə etmək istəyərkən əllərindən yaralanıblar.

Muhərrəm E. daha sonra həmin bıçaqla özünü öldürməyə cəhd göstərib.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım işçiləri gəlib.

Həkimlərin səyinə baxmayaraq, çoxlu qan itirən və ağır yaralan A.Aktürkün həyatını xilas etmək mümkün olmayıb.

Özünü yaralayan Muhərrəm E. təcili əməliyyat edilib. Bacı və qardaşının yaraları isə ağır hesab olunmayıb.

Qonşularının sözlərinə görə, A.Aktürk iş yoldaşlarınaqonşusu Muharrem E.-dən şikayət edərək, ondan xilas ola bilmədiyini, belə getsə, evindən köçəcəyini deyibmiş.

Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırmalara başlanılıb.

Xəbər lenti