Xəzər Xəbər

Çimərlikdə "koronavirus eksperimenti": Böyük cərimə kəsildi, nəticədə... - VİDEO

Veb TV | 13:27 • 5 İyun 2020
Çimərlikdə "koronavirus eksperimenti":

Dünyanın ən çox ziyarət olunan turizm mərkəzlərindən Dubay çimərliklərində sosial məsafə tələblərini pozanlar cəzalandırılıb.

Mayın 30-dan açılmış çimərliklərə tətbiq edilən cərimələr qısa müddətə təsirini göstərib.

Polis ilk üç gündə çimərlikdə maska taxmayan və 2 metrlik sosial məsafə qaydasına əməl etməyən 100-dən çox insanı 817 dollar cərimələyib. İndi insanlar qaydalara daha diqqətlə yanaşırlar.

Dubay Sahil Təhlükəsizlik İdarəsinin əməkdaşı Əhməd Əl-Mərzaiyi bildirib ki, ilk üç gündə 100-dən çox cərimə kəsmək məcburiyyətində qalıblar: "Bundan sonra hamı qaydalara riayət etməyə başladı".

Çimərliklərdə polis pilotsuz uçan aparatla yoxlamaları davam etdirir.

Qeyd edək ki, Dubay koronavirusun yayıldığı zamanı ən sərt karantin tədbirlərinin həyata keçirildiyi yerlərdən biri idi. İnsanlar üç həftə ərzində polislərin icazəsi olmadan evlərini tərk edə bilməmişdilər.

Son məlumatlara görə, Birləşmiş Ərəb Əmirliklərində 36 min 300 koronavirusa yoluxma halı aşkarlanıb, 270 nəfər ölüb, 19 min insan sağaldı./Teleqraf.com

Xəbər lenti