Xəzər Xəbər

Çində yoluxma dayandı: sadəcə son sutka ərzində...

Dünya | 12:06 • 5 İyun 2020
Çində yoluxma dayandı: sadəcə son sutka ərzində...

Yeni tip koronavirusun ortaya çıxdığı Çində son sutka ərzində 5 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Milli Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, yeni yoluxanların hamısı xaricdən ölkəyə daxil olub. Son 24 saat ərzində virus səbəbilə ölən olmayıb.

Qeyd edək ki, Çində bu günə qədər 83 min 27 nəfər koronavirusa yoluxub. 4 min 634 nəfər ölüb, 78 min 327 nəfər sağalıb.

Xəbər lenti