Xəzər Xəbər

Həftəsonu Bakıdan rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ

Gündəm | 10:36 • 5 İyun 2020
Həftəsonu Bakıdan rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ

Həftəsonuu rayonlara gediş-gəlişə icazə verilməyəcək.

XəzərXəbər xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzTV-də yayımlanan "Hədəf” verilişində deyib.

O bildirib ki, şəhər daxilindəki karantin postlarının ləğv olunmasına baxmayaraq, inzibati ərazilərdəki giriş-çıxış postları 24 saat fəaliyyət göstərir və paytaxtda qeydiyyatda olan şəxslər rayonlara gedə bilməzlər və digər rayon və şəhərlərdə yaşayan insanlar da Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gələ bilməzlər: "Ona görə də heç kəs şənbə və bazar günü rayona getməyə cəhd göstərməsin. Onsuz da onlar karantin postlarından buraxılmayacaqlar”.

Xəbər lenti