Xəzər Xəbər

Ermənilər Azərbaycana məxsus 702 yaşayış məntəqəsinin adını dəyişib - VİDEO

Veb TV | 22:17 • 4 İyun 2020
 Ermənilər Azərbaycana məxsus 702 yaşayış məntəqəsinin adını dəyişib  -

Ermənilər tarixən Azərbaycana məxsus ərazilərin adlarını dəyişərək özününküləşdirməyə çalışıblar. Bu proses yüz ildən artıqdır ki, davam edir.

Xezerxeber.az-ın məlumatına görə, tarixin saxtalaşdırılmasını özlərinə adət edən ermənilər toponimlərin adlarını hələ 1919-cu ilin dekabrından dəyişməyə başlayıblar.

Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyir ki, bu proses sovet hakimiyyəti dövründə də davam edib və 1988-89-cu illərdəki etnik təmizləməyə qədər 521 yaşayış məntəqəsinin adı dəyişdirilib. Bu günə qədər isə 702 yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə bağlı faktlar var. Adların dəyişdirilməsi ilə bağlı qərarların surətləri də mövcuddur. 2006-cı ildə "Tarixi adlara qarşı soyqırım" kitabı Azərbaycan və ingilis dillərində çap olunub. Orada adı dəyişdirilən 668 yaşayış məntəqəsi göstərilib. 2014-cü ildə nəşr edilən "Vandalizm: Tarixi adlara qarşı soyqırım" kitabında isə bu say 702 olub. Ermənilər ərazilərin adlarını dəyişdirərəkən əsasən hərfi tərcüməyə üstünlük veriblər.

Nazim Mustafanın sözlərinə görə, ermənilər bəzən ərazilərin adlarının qarşısına müəyyən hissəciklər də artıraraq onu dəyişməyə çalışıblar. Amma bütün adların əslində necə olduğu ilə bağlı danılmaz faktlar var.

Ermənilər eyni siyasəti işğal altında olan Dağlıq Qarabağda da həyata keçiriblər. Ermənilər Dağlıq Qarabağda Azərbaycana məxsus 120-dən artıq yaşayış məntəqəsinin adını dəyişiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti