Xəzər Xəbər

TƏBİB-dən özəl qurumlara TÖVSİYƏ

Gündəm | 17:37 • 4 İyun 2020
TƏBİB-dən özəl qurumlara

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib. Lakin bu, özəl qurumlara şamil edilmir.


Xezerxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.


"Özəl qurumlara tövsiyə edirik ki, sabah iş saatının 14:00-da bitməsi məsələsinə baxsınlar”, - deyə R.Bayramlı qeyd edib.


O əlavə edib ki, saytda işləyənlər fəaliyyətini evdən davam etdirə bilərlər. 


"Xəbər saytlarının evdən işləməsi mümkündür. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarının məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur. Televiziyalara tövsiyə edilib ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarına bu barədə məlumat verilib”.


Xəbər lenti