Xəzər Xəbər

BMCMİ Şəkidə əməliyyat keçirdi

Hadisə | 13:32 • 4 İyun 2020
BMCMİ Şəkidə əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini R.Əliyev həbs edilib.

Onun evinin zirzəmisindən "Naqan” markalı tapança, "İJ” markalı yivli tüfəng və 41 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti