Xəzər Xəbər

Koronavirusun inanılmaz faydası: Dörd dəfə artdı...

Maraqlı | 12:33 • 3 İyun 2020
Koronavirusun inanılmaz faydası:

Koronavirusun yayılması dünyada bir çox vərdişləri dəyişib.

Epidemiyanın ən faydalı olduğu sektorlardan biri də virtual alış-veriş saytlarıdır.

Sinqapurun karantin rejiminə keçməsi ilə Çinin ticarət nəhəngi "Alibaba”ya bağlı olan "RedMart”ın satışları dörd dəfə artıb. Şirkət sifarişləri çatdırmaq üçün işə yeni işçilər götürmək məcburiyyətində qalıb.

Ziyarətçi sayı 11 dəfə çoxalıb

Digər diqqətçəkən məlumat isə "RedMart”ın veb saytına daxilolmaların sayı ilə bağlıdır. Şirkət tərəfindən açıqlanan rəqəmlərə görə, aprel ayındakı karantin müddətində sayta giriş 11 dəfə artıb.

Şirkətin baş direktoru Ceyms Çan bildirib ki, sifarişləri çatdırmaq bizim üçün çətin idi: "Bu dövrdə tam iş və yarım ştat işləmək üçün 500 yeni heyət cəlb etməli olduq”.

Yeni təslimat sistemi təmin edilib

Məlumat uçun bildirək ki, "RedMart” Çinin ticarət nəhəngi "Alibaba”ya bağlı olan Lazandaya məxsusdur.

Karantindən bir qədər əvvəl, Lazandanın aprelin 4-də "RedMart” üçün yeni bir çatdırılma sistemini işə salması, marketin gücünü artırıb daha çox sifariş almasına imkan verib. Şirkət rəsmiləri Sinqapura investisiya yatırmağa davam edəcəklərini deyirlər.

"RedMart” Sinqapurdan başqa Cənub-Şərqi Asiyanın 5 başqa ölkəsində də fəaliyyət göstərir. Burada da satışların artdığı bildirilir, amma rəqəmlər açıqlanmır.

Qeyd edək ki, Sinqapurda 35 mindən çox koronavirusa yoluxma halı qeydə alınan Asiya ölkələrindən biridir.

Hökumət aprel ayından etibarən yoluxmanı dayandırmaq üçün karantin tədbirlərinə başlayıb. Normal həyata qayıtmaq üçün üç mərhələli plan hazırlanıb. Bu planın ilk mərhələsi dünən həyata keçirilib və bəzi sektorlarda iş fəaliyyəti bərpa olunub. Ancaq bir çox sahədə evdən işləməyin "yeni norma” olacağı gözlənilir./Teleqraf.com

Xəbər lenti