Xəzər Xəbər

Professor: Koronavirus daim bizimlə olacaq - VİDEO

Veb TV | 11:28 • 3 İyun 2020
Professor:

COVID-19 mövsümi xəstəlik ola bilər.

Bunu Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun üzvü, Döş Qəfəsi Xəstəlikləri mütəxəssisi Tevfik Özlü deyib.

Professor bildirib ki, koronavirus da qrip (H1N1) kimi mövsümi xəstəliyə çevrilə bilər: "Yayın gəlməsi ilə birlikdə xəstəliyin yox olması, payız-qış aylarında yenidən alovlanması ehtimalları var. Yəni "ikinci dalğa” dediyimiz qışda ortaya çıxıb yenidən 2021-ci ilin yayında yox olacaq bir dalğadır. Mən bu virusun kiçik dalğalanmalar formasında daim bizimlə olacağına inanıram. Hara qədər? Peyvəndi tapılana qədər. Və ya ciddi mutasiyaya uğrayıb xəstəlik gücünü itirməsinə qədər.

Tədbirlər görsək, virusa qalib gəlmiş olarıq. Sosial məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması həyat tərzinə, vərdişə çevrilməlidir”.

Xəbər lenti