Xəzər Xəbər

Ukrayna ordusuna təkmilləşdirilmiş Su-25 hüçum təyyarəsi verilib

Texnologiya | 21:57 • 2 İyun 2020
Ukrayna ordusuna təkmilləşdirilmiş Su-25 hüçum təyyarəsi verilib

Su-25 hüçum təyyarəsi "MiQremont” Zaporojye dövlət aviamotor zavodunda təkmilləşdirildikdən orduynun sərəncamına göndərilib. 


Bu barədə Ukraynanın Müdafiə Nazirliyindən bildirilib.


"Ukroboronprom” Dövlət Konserninə (DK) məxsus "MiQremont” Zaporojye dövlət aviamotor zavodu Ukrayna Hərbi Hava Qüvvələrinin texniki aviasiya briqadasına təkmilləşdirilmiş Su-25 hüçum təyyarəsi verib”, - deyə məlumatda bildirilir.


Hərbi maşının təkmilləşdirilməsi dövlət müdafiə sifarişlərinə müvafiq qaydada aparılıb. Aviamüəssisənin mütəxəssisləri Su-25-i qismən təkmiləşdirməkdən əlavə, təyyarədə kompleks təmir-bərpa işləri də görüblər ki, bu da hüçum təyyarənsiin 12 il müddətində təmirə ehtiyacı olmayacağına zəmanət verir.


"Təyyarənin mühəndis və təyyarəçi briqada tərəfindən yoxalanışı və sınaq uçuşu həyata keçiriləndən sonra Su-25 hava limanında yerə enib”, - deyə məlumatda qeyd olunur.

Xəbər lenti