Xəzər Xəbər

Ünvanlı sosial yardımla bağlı layihə təsdiqləndi

Gündəm | 13:15 • 2 İyun 2020
Ünvanlı sosial yardımla bağlı layihə təsdiqləndi

Milli Məclisin iclasında "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

XəzərXəbər-in xəbərinə görə, layihə səsverməyə qoyularaq qəbul edilib.

Bildirək ki, qanunun 8-ci maddəsinə (Sosial yardımın təyin olunması müddəti) təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunacaq.

Digər bir dəyişikliklə isə sosial yardım almaq hüququ olan ailələrin siyahısı genişləndirilir.

Layihəyə əsasən, krediti olanlar da ünvanlı sosial yardıma müraciət edə biləcəklər. Eyni zamanda, aliment gəlir, ya xərc kimi nəzərə alınmayacaq. Bu da aztəminatlı ailələrin yardıma müraciət imkanlarını artıracaq.

Xəbər lenti