Xəzər Xəbər

Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - FOTO

Cəmiyyət | 20:52 • 1 İyun 2020
Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri -

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı Uşaq Evinin sakinlərinə, həmçinin Uşaq Psixonevroloji Mərkəzində müalicə alan və daimi yaşayan azyaşlılara hədiyyələr təqdim edilib.


Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun bayram hədiyyələri müxtəlif idman qurğuları, velosipedlər, skuterlər, sürüşkənlər, geyim dəstləri, zehni inkişaf oyunları və oyuncaqlardan ibarət olub.


Qeyd edək ki, Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərini daimi diqqət mərkəzində saxlayır. Fond yeni növ koronavirus (COVID 19) pandemiyası dövründə də himayəsində olan müəssisələri zəruri tibbi ləvazimatlar, qoruyucu vasitələrlə təmin edib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti