Xəzər Xəbər

Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

Hadisə | 13:37 • 1 İyun 2020
Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı

Gəncə şəhərində gizli fəaliyyət göstərən tədris mərkəziaşkarlanıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarınınəməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.

Dərhal polis əməkdaşları tərəfindən vətəndaşFətəli Əliyevin icarə əsasında işlətdiyi "Disney_kids_school”uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsibarədə xəbərdarlıq edilib. F.Əliyevvə mərkəzin digər əməkdaşları barədəqanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti