Xəzər Xəbər

“Yoruldum”, “gücüm çatmır” deyirsinizsə, MÜTLƏQ OXUYUN!

Cəmiyyət | 13:07 • 1 İyun 2020
“Yoruldum”, “gücüm çatmır” deyirsinizsə,

"Case Western Reserve” Universitetinin (ABŞ) alimləri bədənimizdə hər hansı xəsarət və qazanılmış xəstəliklərə qarşı "zədələrin bərpası” prosesini aktivləşdirmək üçün çıxış yolu tapıblar. Məlum olub ki, bu yol qlikoliz - qlükozanın enerjiyə çevrilməsi prosesi ilə sıx bağlıdır.

Xəsarət aldığımız zaman bədən enerji istehsalı üçün lazım olan qlükoza istifadəsini "dayandırır” və bu qlükozadanzədələnmiş toxumaların bərpası üçün istifadə edir. Bədən bu zaman bir növ "B planı”nı işə qoşur. Qlükozanın parçalanması zamanı qeyri-adi molekullar formalaşır. Bu molekullar mitoxondriyə yox, birbaşa bərpa prosesinə yönləndirilir.

Orqanizmimiz özünü bir həkim qədərmüayinə və müalicə edə bilər. Bu zaman o, bir növ müalicə üçün qeyri-ixtiyari "təmirə bağlanır”. Baş vermiş zədələnmə və ya xəstəlik zamanı bədənimiz mümkün qədər tez normal rejimə qayıtmağa çalışır. Bu proses təbii seçmə qanunundan qaynaqlanır. Çünki uzaq keçmişdə əcdadlarımız daimi olaraq ovçuluqla məşğul olmaq və düşmənlərdən qaçmaq məcburiyyətində idilər. Buna görə də, onlar bütün enerjilərini bərpaya xərcləyə bilməzdilər. Nəticədə, onların orqanizmi özünübərpa işlərini minimuma endirir və enerjinin bir hissəsini hərəkət üçün ayırırdı.

Artıq müasir dövrdə insan orqanizmi fiziki istirahətə möhtacdır. Eyni zamanda, orqanizmimiz daxildə xəstəliklərlə, viruslarla və zədələrlə mübarizə aparmalıdır. Bunun üçün biz daha çox qlükoza qəbul etməliyik. Bəs qlükozanı necə qəbul edək ki, artıq şəkər yüklənməsinin qarşısı alınsın? Nələrə "XEYR” deməliyik?

Birincisi, saxaroza və maltozaya - saf şəkər, boş kalorilər, heç bir faydası olmayan karbohidratlara. Bu növ karbohidratlar, əsasən, ağ dənəvər şəkər tozunda və qənddə olur. Yeri gəlmişkən, tərəvəz və meyvələrdə də bu növ şəkərlərə rast gəlinir. Xüsusilə, çuğundurda, yerkökündə, şaftalıda, yemişdə və armudda. Ən təhlükəli şəkər həddi isə kekslərdə, dondurmalarda, tortlarda və şirin bulkalarda olur.

Bəs hansı qidalara "HƏ” deməliyik? Orqanizm üçün vacib olan qlükozaya. Onsuz (qlükozasız) nə böyüklərin, nə də uşaqların orqanizmi yaşaya bilməz.Bu maddə hüceyrələrimiz üçün yanacaq funksiyasını daşıyır. "Yoruldum”, "gücüm çatmır” kimi ifadələr uşaqlardavə ya elə öz bədənimizdə qlükoza səviyyəsinin azaldığını göstərir.

Qlükozanı haradan əldə edək?

Qlükoza ən çox giləmeyvələrdə, meyvə və tərəvəzdə - üzümdə, gilasda, albalıda və moruqda əsasən çox olur. Əgər meyvə və tərəvəz qəbul etmirsinizsə, o zaman ən azından qlükoza tərkibli içkilərdən istifadə etmək tövsiyə olunur./oxu.az

Xəbər lenti