Xəzər Xəbər

Bərdədə su kanalına heyvan cəsədləri atılıb - VİDEO

Veb TV | 20:15 • 31 May 2020
Bərdədə su kanalına heyvan cəsədləri atılıb -

Bərdə rayonunda bir neçə kəndin suyundan istifadə etdiyi kanala ölmüş heyvan cəsədləri atılıb. Heyvan balalarının müxtəlif xəstəliərdən öldüyü ehtimal olunur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bərdə rayonunun Alpout kəndindən gedir.

İnək balalarının cəsədləri suda şişib, hətta heyvanların leşinə qurd düşüb və iylənib. Sudan istifadə edən kənd sakinləri hər hansı xəstəliyin yayılmasından narahatdır.

Əraziyə kənd icra nümayəndəliyinin əməkdaşları baxış keçirib. Heyvan cəsədlərinin iki gündür ki, kanalda olduğu güman edilir. Kanal bir neçə kəndin ərazisindən keçdiyinə görə leşlərin bura kimin atdığı məlum deyil. Heyvanların hansı səbəbdən öldüyü də bilinmir.

Ehtimal edilir ki, heyvanlar öldükdən sonra kanala atılıb. Bərdə rayon baytarlıq idarəsindən bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndləri ilə əraziyə baxış keçirilib. İlkin məlumata görə, ölən heyvanlar Ukrayndan gətirilmiş buzovlardır. Cəmdəklərdən nümunələr götürülüb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti