Xəzər Xəbər

Şəkinin mərkəzində dolaşan ayı təşviş yaradıb - VİDEO

Veb TV | 20:04 • 31 May 2020
Şəkinin mərkəzində dolaşan ayı təşviş yaradıb -

Bu gün Şəki şəhərinin mərkəzində, küçələrdə qonur ayının hərəkəti müşahidə olunub.

Xezerxeber.az-ın məlumatına görə, insanlar Şəhərin M.F.Axundzadə və 20 Yanvar küçələrində, Köhnə Bazar məhəlləsində boyük bir ayının gəzdiyini görüblər. Ayının şəhərin yuxarı hissəsindən çay vasitəsilə mərkəzə daxil olduğu güman edilir. Onun sakinlərə zərər verməməsi üçün əraziyə polis və FHN-in əməkdaşları cəlb olunub.

Vəhşi heyvan Şəkinin küçələrində gəzdikcə, sorağa yığışan vətəndaşlar da onu müşayiət ediblər. Sakinlər ayının hər bir anını çəkərək, videoları sosıal şəbəkələrdə paylaşıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bildirib ki, təxminən 6 yaşlarında olan ayı Qonur Qafqaz cinsinə məxsus erkəkdir. Bakıdan ezam olunan mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub .

Vəhşi heyvan Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib. Ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti