Xəzər Xəbər

Bakı, Cəlilabad və Balakəndə narkotacirlər tutulub - VİDEO

Veb TV | 20:22 • 30 May 2020
Bakı, Cəlilabad və Balakəndə narkotacirlər tutulub -

Cəlilabadda narkotik alverçiləri saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Yevlax sakinləri - əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov minik avtomobili ilə Cəlilabad rayonu ərazisində saxlanaraq polis şöbəsinə aparılıblar. Avtomobilə baxış keçirilən zaman 4 ədəd sellofan torbada ümumi çəkisi 4 kiloqram 190 qram heroin və 2 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb. Saxlanan şəxslərin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri və Cəlilabad ərazisində əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən olunub.

Balakən polisi isə su hovuzunda narkotik becərən şəxsi saxlayıb. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Tülü kənd sakini, 28 yaşlı Röyal Yetərov saxlanıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış zamanı su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Paytaxtın Sabunçu rayonunda isə narkotik bitkilər əkib-becərən şəxs, Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əliheydər Cavadov saxlanıb. Onun bağ evinin həyətindəki istixanaya baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə bitkisi və 495 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bütün faktlarla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti