Xəzər Xəbər

Rusiyada son sutkada 181 nəfər koronavirusdan ölüb

Dünya | 12:16 • 30 May 2020
Rusiyada son sutkada 181 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 8952 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb.


Son sutka ərzində 181 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 4555 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 167 469 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.

Xəbər lenti