Xəzər Xəbər

Qaradağ sakinləri 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək

Cəmiyyət | 10:57 • 30 May 2020
Qaradağ sakinləri 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri aparılır.


Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcək.


Ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub.


Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət "bir pəncərə”dən təqdim edilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
424 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti