Xəzər Xəbər

Gürcüstanda ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir

Dünya | 13:23 • 27 May 2020
Gürcüstanda ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir

Tbilisidə metronun fəaliyyəti mayın 29-da bərpa ediləcək.

Bu barədə Baş nazir Giorgi Qaxaria bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə Gürcüstanda avtobusların və metronun fəaliyyəti martın 30-da məhdudlaşdırılıb.

Bundan başqa, Baş nazir bildirib ki, Gürcüstanda bütün ticarət mərkəzləri və hər növ mağazaların fəaliyyəti iyunun 1-dən bərpa ediləcək. Onun sözlərinə görə, həmin tarixdən etibarən ölkə ərazisində açıq havada fəaliyyət göstərən restoranların fəaliyyətini bərpa etməsinə də icazə veriləcək.

Xəbər lenti