Xəzər Xəbər

Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

İdman | 12:58 • 27 May 2020
Ulduz futbolçu "Real"ı əzəli rəqibinə dəyişmək istəyir

"Real”ın yarımmüdafiəçisi Xames Rodriges "ağlar”ın əzəli rəqibinin – "Atletiko”nun şərəfini qorumaqda qərarlıdı.

"Mundo Deportivo”ya istinadən xəbər verir ki, kolumbiyalı ulduz "hindular”ın formasını geyinməyi özü üçün başlıca hədəfə çevirib.

Hazırda sözügedən paytaxt klubları bu yöndə danışıqlar aparır. İllik maaşı 8,5 milyon avro olan orta xətt oyunçusunun pul məsələsində güzəşt etməsi "Atletiko”nun irəli sürdüyü əsas şərtlərdən biridi.

Rodrigesin xidmətində "Mançester Yunayted”, "Everton”, "Yuventus”, "Napoli”, London "Arsenal”ı, "Vulverhempton” və "İnter Mayami” də maraqlıdı.

Fanat.Az

Xəbər lenti