Xəzər Xəbər

"Realist olmaq lazımdı: "Bavariya" çempion olacaq"

İdman | 12:39 • 27 May 2020
"Realist olmaq lazımdı:

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Emre Can Bundesliqanın 28-ci turu çərçivəsində "Bavariya" ilə oynanılan matçın (0:1) yekunlarını dəyərləndirib.


"Sky Sport Deutschland" xəbər verir ki, Can "Bavariya"nın çempion olacağını bildirib:


"Biz yaxşı oynadıq. Hər iki komanda qələbə qazana bilərdi, sadəcə, biz öz imkanlarımızdan faydalana bilmədik. Perspektivli hücumlarımız oldu, amma təəssüf ki, uduzduq. Realist olmaq lazımdı: fors-major bir şey baş verməsə, "Bavariya" çempion olacaq. Öz yolumuzdan getməli və qalan matçlarımızdan qalib ayrılmağa çalışmalıyıq".


Aktivində 64 xalı olan "Bavariya" Bundesliqanın lideridi. Münhen təmsilçisi ən yaxın izləyicisi - Dortmund "Borussiya"sını 7 xal qabaqlayır.


Fanat.Az

Xəbər lenti