Xəzər Xəbər

NHL qayıdır: Mövsümün bərpa planı açıqlandı

İdman | 12:00 • 27 May 2020
NHL qayıdır: Mövsümün bərpa planı açıqlandı

Milli Hokkey Liqasında (NHL) mövsüm bərpa ediləcək.


NHL-in kommissioneri Qeri Bettmen çempionatın bərpa planını açıqlayıb. Funksioner müntəzəm çempionatın bitdiyini bildirib. Pley-off mərhələsi hər konfransdan 12-si olmaqla 24 komandanın iştirakı ilə keçiriləcək. İştirakçılar toplanmış xallar əsasında müəyyənləşəcək.


Stenli Kuboku 8 seriya, 16 komanda üzərindən oynanılacaq. Turnirə biri Şərq, digəri isə Qərb konfransını təmsil etmək şərtilə iki şəhər ev sahibliyi edəcək. NHL hazırda 10 şəhərin namizədliyini nəzərdən keçirir.


Bettmenin sözlərinə görə, ilk iki pley-off etapında seriyalar 3 qələbəyə, konfrans finalları və Stenli Kubokunun finalının isə 4 qələbəyə kimi oynanılacaq.


Fanat.Az

Xəbər lenti