Xəzər Xəbər

Bakıda avtomobildən oğurluq edən şəxs ələ keçdi

Hadisə | 11:46 • 27 May 2020
Bakıda avtomobildən oğurluq edən şəxs ələ keçdi

Bakıda qadının avtomobilindən oğurluq edilib.

XəzərXəbər xəbər verir ki, hadisə mayın 21-i paytaxtın Nərimanov rayonu Azadlıq prospektində qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzinə daxil olan məlumat əsasındaəməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsindəM.Bünyadovaya məxsus "Kia” markalı avtomobildənşüşəni sındırmaqla 200 manat, eləcə də həmin məbləğdəyərində eynəyi oğurlamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Xələfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti