Xəzər Xəbər

Rusiyada Qələbə Paradı iyunun 24-də keçiriləcək

Dünya | 09:33 • 27 May 2020
Rusiyada Qələbə Paradı iyunun 24-də keçiriləcək

Moskvada Böyük Vətən Müharibəsində qazanılan qələbənin 75 illiyi şərəfinə hərbi parad keçiriləcək.

Bununla bağlı Rusiya prezidenti Vladimr Putin göstəriş verib.

O, müdafiə nazirinə tapşırıq verib ki, parad iyunun 24-də "qırmızı meydan"da böyük təntənə ilə keçirilsin.

"Qələbə paradı iyunun 24-də keçiriləcək. Amma "Ölmümsüz alay" yürüşünün keçirilməsi mümkün olmayacaq. Çünki şəhərin küçələrində böyük insan axınının getdiyi bir vaxtda təhlükəsizliyin və sosial məsafənin sərt tələblərinin yerinə yetirilməsini təmin etmək mümkün deyil", - deyə dövlət başçısı bildirib.

Xəbər lenti