Xəzər Xəbər

İranda koronavirusa yoluxanların sayı 140 minə çatdı

Dünya | 16:27 • 26 May 2020
İranda koronavirusa yoluxanların sayı 140 minə çatdı

İranda ötən sutka ərzində daha 1 787 nəfərin koronavirusa (COVID19) yoluxması ilə ümumilikdə indiyədək bu virusa yoluxanların sayı 139 511 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, virus daşıyıcılarından 2 567 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 57 nəfərin koronavirusdan ölməsi öz təsdiqini tapıb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 7 508 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ölkədə indiyədək 109 437 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 837 mindən çox test həyata keçirilib./Trend

Xəbər lenti