Xəzər Xəbər

Azərbaycanda dəhşətli qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hadisə | 11:37 • 26 May 2020
Azərbaycanda dəhşətli qəza ilə bağlı

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Sumqatıtda baş verən yol qəzası ilə bağlı xəbər barədə açıqlama verib.

TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, iki avtomobil toqquşub:

"Avtomobillərin birində dörd ölü, digərində isə bir ölü olub. Hər iki maşından bir yaralı çıxarılıb. Birinin vəziyyəti ağırdır. Digərinin vəziyyəti isə orta ağırdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində "Saipa” və "Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

Xəbər lenti