Xəzər Xəbər

Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü

Hadisə | 09:10 • 26 May 2020
Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106” markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarında qazılan doqquzmetr dərinliyində olan quyuya düşüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının və FHN-in əməkdaşları, eləcə də həkim briqadası cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan 35 yaşlı Rəcəbov Fuad Kamran oğlu və 30 yaşlı Məmmədov Elmir Etibar oğlu nəqliyyat vasitəsindən çıxarılıb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Fuad Rəcəbov xəstəxanada vəfat edib.

Hadisənin baş vermə səbəbləri araşdırılır./oxu.az

Xəbər lenti