Xəzər Xəbər

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin yeni ardıcıllığı müəyyənləşib

Cəmiyyət | 21:11 • 10 Aprel 2020
İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin yeni ardıcıllığı müəyyənləşib

Nazirlər Kabineti"İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrətətbiqi ardıcıllığı”nı təsdiq edib.

Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən, icbari tibbi sığortanın ölkənin inzibati ərazivahidləri üzrə tətbiqinin yeni ardıcıllığı aşağıdakı kimi müəyyən olunub:

- Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında,Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı,Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki,Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaşrayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

- Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

- Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin yeni ardıcıllığının müəyyən edilməsi ilə əlaqədar "İcbari tibbi sığortanınölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiqedilməsi haqqında” 2019-cu il 27 dekabr tarixli qərar ləğvedilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
507 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti