Xəzər Xəbər

Koronaviruslu xəstələrin müalicəsi üçün 6 modul tipli xəstəxana qurulur - VİDEO

Veb TV | 20:07 • 9 Aprel 2020
Koronaviruslu xəstələrin müalicəsi üçün 6 modul tipli xəstəxana qurulur -

Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 6 yeni modul tipli xəstəxana tikilir.

Xezerxeber.az-ın məlumatına görə, ölkə başçısının sərəncamı ilə hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə dövlət büdcəsindən 14.8 milyon manat pul ayrılıb. Belə xəstəxanalardan biri də paytaxtın Hənifə Ələsgərov küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində tikilir.

Modul tipli xəstəxanaların qurulması tam başa çatdıqdan sonra bütün palatalar lazımi avadanlıqlarla təchiz ediləcək.

Qeyd edək ki, hazırda ölkə ərazisində 22 xüsusi rejimli xəstəxanada virusa yoluxanların müalicəsi həyata keçirilir. Modul tipli xəstəxanlar da infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili üçün qurulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti