Xəzər Xəbər

Bölgələrdə xüsusi karantin rejimi qaydalarına uyğun tədbirlər həyata keçirilir - VİDEO

Veb TV | 19:45 • 9 Aprel 2020
Bölgələrdə xüsusi karantin rejimi qaydalarına uyğun tədbirlər həyata keçirilir -

Qərb bölgəsində icazəsiz evlərini tərk edənlərə və xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlara qarşı reydlər keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Qazax rayonunun giriş və çıxışında, eyni zamanda, rayondaxili yoxlamalar zamanı 68 nəfərin qayda pozduğu aşkarlanıb. Onlardan 1 nəfərin qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan material məhkəməyə göndərilib.

Tovuzda da analoji tədbirlər davam etdirilir. Rayonun bir neçə ərazisində xüsusi karantin rejim qaydalarına uyğun olaraq, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamaları bir daha xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti