Xəzər Xəbər

Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər

Dünya | 16:02 • 9 Aprel 2020
Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər

Polşada prezident seçkiləri elektron poçt vasitəsilə keçirilə bilər.

Bu fikri ölkə prezidenti Ancey Duda səsləndirib.

O bildirib ki, koronavirus epidemiyası ilə əlaqədar səsvermənin poçt vasitəsilə keçirilməsi mümkün variantlardan biridir.

Polşada prezident seçkilərinin birinci turu mayın 10-na planlaşdırılıb.

Qeyd edək ki, bu günədək Polşada 5 341 nəfər koronavirusa yoluxub, 164 nəfər ölüb. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Xəbər lenti