Xəzər Xəbər

Özbəkistan Prezidenti koronavirus təhlükəsi ilə bağlı videokonfrans keçirib

Dünya | 15:04 • 9 Aprel 2020
Özbəkistan Prezidenti koronavirus təhlükəsi ilə bağlı videokonfrans keçirib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirusun qarşısının alınması, ərzaq təlükəsizliyinin qorunması, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərin artırılması ilə bağlı videokonfrans keçirib.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı son vaxtlar xarici ölkələrdən 20 çarter reysi ilə 6 min vətəndaşın ölkəyə qaytarıldığını bildirib. Prezident deyib ki, daha 10 min insan qatarla Özbəkistana gəlib. Ölkəyə qaytarılanlar 160 karantinə cəlb olunub.

Şavkat Mirziyoyev vurğulayıb ki, Zəngiata rayonunda 10 min yerlik xüsusi xəstəxananın tikintisi sürətlə aparılır. Yukoruçirçik rayonunda, həmçinin 10 min yerlik daha bir karantin zonası yaradılır və mayın 15-dək istifadəyə verilməlidir.

Dövlət başçısı deyib ki, Çindən, Cənubi Koreyadan virusoloqlar, Rusiya, Türkiyə, Almaniya və Yaponiyadan mütəxəssislər dəvət edilib və onlar artıq fəaliyyətə başlayıblar.

Xəbər lenti