Xəzər Xəbər

İmişlidə ikimərtəbəli evdə yanğın olub, xəsarət alan var

Region | 14:58 • 9 Aprel 2020
İmişlidə ikimərtəbəli evdə yanğın olub, xəsarət alan var

İmişlidə ikimərtəbəli evdə yanğın olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti