Xəzər Xəbər

Karantin qaydalarını pozan 70 yaşlı kişi polisləri borclu çıxardı - VİDEO

Veb TV | 17:47 • 8 Aprel 2020
Karantin qaydalarını pozan

Rusiya paytaxtında maraqlı hadisə yaşanıb. Belə ki, karantin qaydalarını pozan 70 yaşlı kişini saxlamaq istəyən polis özü borclu çıxıb.

Bu barədə "Mash” "Telegram” xəbəri məlumat yayıb.

Bildirilir ki, Moskva sakiniYevqeni Klimov özünə və qonşularına qəzet almaq üçün evini tərk edib. Lakin evindən 100 metr aralanmamışhüquq mühafizəçiləri onun qarşısını kəsib və xanımının gözü qarşısında saxlayaraq, polis şöbəsinə aparıb.

İdarədə söhbət etdikdən sonra kişi evə buraxılıb.

Lakin pensiyaçıözü prokurorluğa şikayət edib. Onun sözlərinə görə, polislər ara məsafəsini qorumayıblar və ümumiyyətlə, ona əlcəksiz toxunublar.

Xəbər lenti