Xəzər Xəbər

Azər Maqsudov: “Metil spirti ilə zəhərlənmədən səkkiz nəfər vəfat edib”

Gündəm | 16:26 • 8 Aprel 2020
Azər Maqsudov: “Metil spirti ilə zəhərlənmədən səkkiz nəfər vəfat edib”

"Ötən ay ilə müqayisədə mart ayında, ümumilikdə, toksikoloji mərkəzə müraciətlərin sayında azalma müşahidə olunur”.

Bu barədə Oxu.Az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

O bildirib ki, ümumiyyətlə,mart ayı və aprelin ilk həftəsi üçün metil spirtindən zəhərlənmə ilə bağlı müraciətlər üstünlük təşkil edib:

"Metil spirtindən zəhərlənmə ilə bağlı mərkəzə 13 nəfər müraciət edib, onlardan səkkizi vəfat edib. Dəm qazından zəhərlənmələrin sayı 11 olub. Onlardan cəmi üçüxəstəxanaya qəbul olunub, digər səkkiz nəfər isə müayinədən sonra evə buraxılıb.

Sirkə turşusundan zəhərlənmə ilə üçnəfər, allergik reaksiya ilə altı nəfər xəstəxanaya qəbul olunub. Bu faktlarla bağlı ölüm qeydə alınmayıb. Ötən ayla müqayisədə müraciətlərin sayında azalma qeydə alınıb”.

Xəbər lenti