Xəzər Xəbər

Cəlilabadda AĞIR QƏZA: avtomobilini ağaca çırpan sürücü öldü

Hadisə | 15:49 • 8 Aprel 2020
Cəlilabadda AĞIR QƏZA:

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-də saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi "Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti