Dünya miqyasında koronavirusa yoluxma sayı 1 milyon 435 min 324-ə çatıb.
Onlardan 82 min 210 nəfəri dünyasını dəyişib.
303 min 20-si sağalıb.
Son sutka ərzində 4 min 405 yeni yoluxma faktı aşkarlanıb. 176 nəfər dünyasını dəyişib.
Son gündə ən çox Rusiyada infeksiyaya yoluxma faktı qeydə alınıb – 1 175 nəfər. Ölüm sayına görə isə son sutkada Avstriya önə çıxıb – 30 nəfər.
ABŞ-da xəstəlik daşıyıcılarının sayı 400 mini ötüb. Onlardan 12 min 857 nəfəri dünyasını dəyişib. 21 min 711-i sağalıb. Bu ölüm sayı həm dünyada, həm də ABŞ-da bir gündə qeydə alınmış ən yüksək rəqəmdir./publika.az