Xəzər Xəbər

Trampdan gözlənilməz qərar: 1 həftə əvvəl təyin olunan komitə sədrini işdən qovdu

Dünya | 14:58 • 8 Aprel 2020
Trampdan gözlənilməz qərar:

ABŞ prezidenti Donald Tramp Pandemiya ilə Mübarizəyə Nəzarət Komitəsinin rəhbəri Qleyn Faynı vəzifəsindən azad edib.

Fayn ötən həftə federal agentliklərin baş müfəttişləri tərəfindən komitəyə rəhbər təyin edilmişdi. "Ağ ev” rəhbəri Faynın vəzifədən uzaqlaşdırılmasına dair heç bir səbəb göstərməyib. Qeyd edək ki, Tramp koronavirusla mübarizəyə 2 trilyon dollar vəsait ayırıb.

Maliyyə dəstəyi paketinin xərclənməsinə nəzarət isə Pandemiya ilə Mübarizəyə Nəzarət Komitəsinə tapşırılıb./publika.az

Xəbər lenti